Salyanda ov tüfəngi ilə həmyerlisinə xəsarət yetirən şəxs SAXLANILDI 

Salyanda ov tüfəngi ilə həmyerlisinə xəsarət yetirən şəxs SAXLANILDI 

Hazırda oxunan: Salyanda ov tüfəngi ilə həmyerlisinə xəsarət yetirən şəxs SAXLANILDI 

147533

Bu gün saat 17 radələrində Salyan rayonunun Qardili kənd sakini Yaşasın Səfərovun Sarvan kəndi ərazisində yerləşən fermaların birində odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ilkin araşdırma zamanı adıçəkilən şəxsə rayonun Noxudlu kənd sakini Nəciməddin Hüseynov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.

N.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi təklüləli ov tüfəngi götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO