Rusiyanın paytaxtı Moskvada yerləşən məşhur ticarət mərkəzində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, Moskvanın Kutuzovski prospektindəki "Vremena Qoda" ticarət mərkəzində isti su borusu partlayıb.
Hadisə nəticəsində 4 nəfər həlak olub.
Hadisə ilə bağlı iki və ya daha çox şəxsin ölümünə səbəb olan təhlükəli xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media