“Neftçi”nin “Jelezniçar”la oyununun vaxtı DƏYİŞDİRİLDİ 

“Neftçi”nin “Jelezniçar”la oyununun vaxtı DƏYİŞDİRİLDİ 

Hazırda oxunan: “Neftçi”nin “Jelezniçar”la oyununun vaxtı DƏYİŞDİRİLDİ 

147507

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” komandasına qarşı keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.  

Bizim.Media xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq görüşün saatını dəyişib.  

Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 22:30-da deyil, yarım saat gec – yəni, 23:00-da start götürəcək. Bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO