Mixail Qusman: “Forumda hamı Prezident İlham Əliyev ilə görüşdən ruhlanacaq” - VİDEO 

Mixail Qusman: “Forumda hamı Prezident İlham Əliyev ilə görüşdən ruhlanacaq” - VİDEO 

Hazırda oxunan: Mixail Qusman: “Forumda hamı Prezident İlham Əliyev ilə görüşdən ruhlanacaq” - VİDEO 

147416

“Açıq, səmimi, çox dərin və vacib söhbətə görə Prezident İlham Əliyevə təşəkkür edirik. Prezident qlobal media ictimaiyyətinin liderləri ilə iki saatdan çox vaxt keçirib, bütün suallara ətraflı, inandırıcı, əsaslı cavab verib. Biz indi müxtəlif ölkələrdən həmkarlarımızla, dostlarımızla təəssüratımızı bölüşdük. Bütün bunlar mənim bütün həmkarlarıma inanılmaz təsir bağışlayıb”. 

Bizim.Media xəbər verir ki, bunu TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda jurnalistlərə açıqlamasında deyib. 

“Biz Prezidentin problemləri necə bildiyini, onun problemləri necə dərindən tədqiq etdiyini hər zaman bilirdik. Lakin bugünkü söhbət son dərəcə inanılmaz oldu.

Bütün mövzular – həm beynəlxalq, həm daxili, həm Ermənistan ilə sülh müqaviləsinin bağlanması ilə əlaqədar Azərbaycan üçün ən aktual problemlər, ölkənin inkişafı ilə bağlı strateji məsələlər, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının lideri kimi mövqeyi əhatə olunub.

Bütün bunlar Prezidentdən bizə çox böyük hədiyyə oldu. Bu, eyni zamanda, forum üçün güclü impulsdur”, - deyə M.Qusman diqqətə çatdırıb. 

O vurğulayıb ki, forumun işinin davam etdiyi növbəti iki gündə hamı Prezident İlham Əliyev ilə görüşdən ruhlanacaq. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO