İlham Əliyev: “Şuşa Qafqazın incisi və Qarabağın tacıdır”

İlham Əliyev: “Şuşa Qafqazın incisi və Qarabağın tacıdır”

Hazırda oxunan: İlham Əliyev: “Şuşa Qafqazın incisi və Qarabağın tacıdır”

147412

“Əlbəttə, Şuşanın bərpası başlanılıb, bir müddət əvvəl Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış binasının inşası layihəsi başlanıb. Həmin layihələr çərçivəsində Şuşa sakinləri evlərinə qayıdacaqlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşa Qlobal Media Forumunda çıxış edib – YENİLƏNİB - FOTO/VİDEO 


Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunduğunu qeyd edən dövlətimizin başçısı bildirib:

“Bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaq, insan axını olacaq. Çünki bu, unikal, misilsiz məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. 

Bu şəhər qaya üzərində qurulub, qədim şəhərdir. Bu, həqiqətən də Qafqazın incisidir və Qarabağın tacıdır”. 

Hazırda tarixi memarlıq abidələrinin bərpa olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı üç məscidin yenidən qurulduğunu da qeyd edib. 

“Ümumiyyətlə, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu, yeni yollar yaradılıb. Bu ilin sentyabr ayında biz 1000 şagird yerlik məktəbin açılışını edəcəyik. 90 çarpayılıq xəstəxana ilin sonuna qədər hazır olacaq. Şuşada bütün işlər Baş plan əsasında aparılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO