Türkiyə Ali İnzibati Məhkəməsinin bir qrup hakimi Ali Məhkəmədə olub

Türkiyə Ali İnzibati Məhkəməsinin bir qrup hakimi Ali Məhkəmədə olub

Hazırda oxunan: Türkiyə Ali İnzibati Məhkəməsinin bir qrup hakimi Ali Məhkəmədə olub

147397

İyulun 21-də ölkəmizdə səfərdə olan Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) bir qrup hakimi Azərbaycan Respublikasının Ali Məhkəməsində olub. 

Bu barədə Bizim.Media-ya Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.  

Bildirilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etdiyini qeyd edib. Məhkəmələr arasında əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb. 
Qonaqlar Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, məhkəmə sahəsində də əməkdaşlığı yüksək qiymətləndiriblər. 

Görüşdə məhkəmə təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. 

Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzib, iş şəraiti ilə tanış olublar. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO