İlham Əliyev keçmiş məcburi köçkünlərə MÜRACİƏT ETDİ - VİDEO

İlham Əliyev keçmiş məcburi köçkünlərə MÜRACİƏT ETDİ - VİDEO

Hazırda oxunan: İlham Əliyev keçmiş məcburi köçkünlərə MÜRACİƏT ETDİ - VİDEO

147383

“Biz (ərazilərin minalardan təmizlənməsində - red.) dronlardan fəal şəkildə istifadə edirik. Bizim bəzi parlaq zəkaya malik insanların sayəsində belə artıq dronlar var. Bu, bizə böyük kömək olur. Biz dərk edirik ki, bu, çox uzun prosesdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: "Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq" - VİDEO


Ermənilərin bizə qarşı terrorunun davam etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib:

“Biz minalardan təmizlənməmiş əraziləri təcrid etmişik və azad olunmuş ərazilərə giriş hələ də məhduddur. Bu, bizə imkan verir ki, itkilərin qarşısını alaq. Ancaq keçmiş məcburi köçkünlər kütləvi şəkildə qayıdacaqsa, onlar çox ehtiyatlı olmalıdırlar”. 
Azərbaycan Prezidenti keçmiş məcburi köçkünlərə, həmvətənlərimizə müraciət edərək bildirib ki, icazə olmayan ərazilərə səfər etməsinlər. Bu, olduqca təhlükəlidir. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO