İstirahət günlərində milli parklarda hava necə olacaq?

İstirahət günlərində milli parklarda hava necə olacaq?

Hazırda oxunan: İstirahət günlərində milli parklarda hava necə olacaq?

147359

İstirahət günlərində (iyulun 22-23-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Samur–Yalama milli parkı ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 30-34°isti olacaq.

Altıağac milli parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin 22-də gündüz yağış yağacağı ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 29-34° isti olacaq.

Ağgöl milli parkında hava yağmursuz olavaq, sabit hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 31-36° isti olacaq.
Qızılağac milli parkında sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

Göygöl milli parkında da hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin 22-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-19° isti , gündüz 22-26° isti olacaq.

Şirvan milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-24° isti, gündüz 35-38° isti olacaq.

Hirkan milli parkında isə sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22°isti, gündüz 31-35° isti olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO