“Cəmiyyətimizdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir” - Prezident 

“Cəmiyyətimizdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir” - Prezident 

Hazırda oxunan: “Cəmiyyətimizdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir” - Prezident 

147342

“Torpaqlarımızı azad edəndən sonra biz ölkəmizə qarşı potensial təhlükə görmürük”. 

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şuşa Qlobal Media Forumunda çıxış EDİR – CANLI


“Daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir”,- deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. 

“Biz öz resurslarımızla özümüzü təmin edirik və yaxşı idarəçilik həyata keçiririk”, - deyə Prezident əlavə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO