Əməkdar artist Xəyyam Nisanov İsrailə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, sənətçi dünyanın ən qədim şəhərlərindən biri sayılan Qüdsə gedib.
Xəyyam məbəd önündə dualar edib.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Nisanov “Qüds üç dünya dininin (İslam, İudaizm və Xristianlıq - red.) mərkəzidir” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media