İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan ETDİ

İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan ETDİ

Hazırda oxunan: İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan ETDİ

147234

Stokholmda “Qurani-Kərim”in növbəti dəfə təhqir edilməsi aksiyasından sonra İraq İsveçlə iqtisadi əlaqələri dayandırdığını elan edib.

Bizim.Media xəbər verir ki, əvvəllər Stokholmdakı mərkəzi məscidin qarşısında “Qurani-Kərim”in nüsxəsini yandıran 36 yaşlı iraqlı qaçqın Salman Momika iyulun 20-də İraqın İsveçdəki səfirliyinin binasının önündə müsəlmanların müqəddəs kitabını təhqir edib. Bu vandal hərəkət İsveç polisinin razılığı ilə törədilib və İraqda geniş etirazlara səbəb olub. Belə ki, etirazçıların bir qrupu İsveçin Bağdaddakı səfirliyinin binasının yandırıb.

Eyni zamanda, İraq hökuməti İsveçin səfirindən dərhal ölkəni tərk etməyi tələb edib, habelə öz səfirini də Stokholmdan geri çağırıb. Bununla yanaşı, İsveçlə diplomatik münasibətlərin ləğv ediləcəyi ehtimalı da irəli sürülüb.
İraqın rabitə naziri Xəyyam əl-Yasiri elan edib ki, İsveçin İraqda fəaliyyət göstərən bütün kompaniyaları ilə əməkdaşlıq qadağan edilir. Bundan başqa, İsveçin məşhur “Ericsson” telekommunikasiya şirkətinin fəaliyyətinə verilmiş lisenziya da ləğv olunub.

İsveçin Xarici İşlər Nazirliyi, öz növbəsində, xüsusi bəyanatla çıxış edərək Bağdadda diplomatik nümayəndəliyə edilən hücumu qətiyyətlə pisləyib və onu qəbuledilməz adlandırıb. Krallığın xarici işlər naziri Tobias Billström bəyan edib:

“İraq hakimiyyəti Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin və diplomatik personalın müdafiəsi üzrə birmənalı olaraq məsuliyyət daşıyır. Aydındır ki, İraq hökuməti bu öhdəliyi yerinə yetirməyib”.
Qeyd edək ki, İsveçdə “Qurani-Kərim”in təhqir edilməsinin müəyyən tarixçəsi var. 2021-2022-ci illərdə belə aksiyalar İslamın əleyhdarı olan sağçı radikal siyasətçi Ramus Paludan tərəfindən keçirilirdi. Onlar İsveçin müxtəlif şəhərlərində kütləvi etirazlar və toqquşmalarla müşayiət olunurdu. Bunun ardından İsveçin xüsusi xidmət orqanları ölkə polisinə bu aksiyaların vətəndaşların həyatına və Krallığın özünə qarşı yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq etdilər. Bu tövsiyələrə əsaslanan Stokholm polisi yeni aksiyaların keçirilməsi ilə bağlı bir neçə müraciəti rədd etdi. Lakin sonradan İsveç məhkəməsi ölkədə söz azadlığına zidd hesab etdiyi bu qadağanın qanunsuz olması barədə qərar çıxardı və bunun ardından iraqlı qaçqın növbəti aksiya keçirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO