Oğuzda bir ailənin dörd üzvü qəzaya DÜŞDÜ 

Oğuzda bir ailənin dörd üzvü qəzaya DÜŞDÜ 

Hazırda oxunan: Oğuzda bir ailənin dörd üzvü qəzaya DÜŞDÜ 

147069

Oğuzun Yaqublu kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün axşam saatlarında Yaqublu kəndi ərazisində Bakı şəhər sakini, 35 yaşlı Kəbirağa Şirinovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.  

Xoşbəxtlikdən yol kənarında heç bir maneə olmadığından avtomobil boş sahədə çevrilib.

Nəticədə sürücü ilə yanaşı avtomobildə olan həyat yoldaşı 30 yaşlı Sevda Şirinova, ailənin övladları 11 yaşlı Elbrus və 10 yaşlı Muhamedhüseyn müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
Hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilib. Daha sonra yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Şirinovlar ailəsinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra müalicə və müayinələrini davam etdirmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxanasına göndərilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO