Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Twitter" hesabında bildirib.
“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm.
Almaniya hər iki münaqişə tərəfinin oraya mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqdir”, - alman diplomat qeyd edib.
Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara, Türkiyə səfiri Cahit Bağçı və Böyük Britaniya səfirinin müavini də iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:12 / 19.07.2023
Hikmət Hacıyev Aİ səfirləri ilə GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev Aİ səfirləri ilə GÖRÜŞDÜ - FOTO
Hazırda oxunan: Hikmət Hacıyev Aİ səfirləri ilə GÖRÜŞDÜ - FOTO
147022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.