Ermənistan ordumuza qarşı İranın “Şahed” PUA-larından İSTİFADƏ EDİB? – AÇIQLAMA 

Ermənistan ordumuza qarşı İranın “Şahed” PUA-larından İSTİFADƏ EDİB? – AÇIQLAMA 

Hazırda oxunan: Ermənistan ordumuza qarşı İranın “Şahed” PUA-larından İSTİFADƏ EDİB? – AÇIQLAMA 

147010

İranın Azərbaycana qarşı Ermənistanı silahlandırması heç kim üçün sirr deyil. Lakin Tehran hakimiyyətinin  İrəvandakı dostlarına hansı texnikaları hədiyyə etməsi ilə bağlı fərqli fikirlər mövcuddur.

Son olaraq, İsrailin "i24News" xəbər portalı iddia edib ki, Ermənistan Azərbaycanla son bir neçə qarşıdurmada İranın "Şahed" dronlarından istifadə edib.

Nəşr yazıb ki, İran Rusiyanın Qafqaza marağının itməsindən istifadə edərək Ermənistana hərbi dəstəyini genişləndirə bilər.

Bəs, erməni ordusunun Silahlı Qüvvələrimizə qarşı “Şahed” PUA-larından istifadə etməsi ehtimalı nə qədərdir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, İran həm müharibədən əvvəl, həm də sonrakı dövrdə Ermənistana kifayət qədər yardımlar edib. 

“Bu yardımların arasında pilotsuz uçuş aparatlarının da olması ilə bağlı təsdiqini tapmamış məlumatlar çoxdur. İranın sırf Şahed PUA-larının Azərbaycana qarşı tətbiqi ilə bağlı rəsmi mənbələrimiz məlumat yaymayıb. Ola bilsin ki, belə PUA-lardan istifadə olunub. Bu mümkündür. Lakin hələlik bununla bağlı hər hansı görüntü və ya fakt əldə etməmişik.

İstənilən halda İranın müharibədən əvvəl, müharibə dönəmi və sonrakı dövrlərdə Ermənistana hərbi dəstək göstərməsi şübhəsizdir. İranın Ermənistana göstərdiyi hərbi yardımlar, bu ölkənin dövlət quruluşunun prinsiplərinə tamamilə ziddir. Bu, İranın bölgədə sülh və təhlükəsizliyin bərpa olunmasında maraqlı olmadığını nümayiş etdirir”.

Ekspert İran PUA-larının Ermənistan ordusunun döyüş potensialına təsirlərini də şərh edib: 

“İran PUA-larının Ermənistana verilməsi sadəcə düşməni bir qədər cəsarətləndirə bilər. Heç bir halda bu Azərbaycan və Ermənistan arasındakı mövcud güc balansını dəyişə bilməz. Sözügedən PUA-ların yüzlərlə nümunəsi Rusiya tərəfindən Ukraynada tətbiq olunub. Lakin Şahedlərin qeyri-dəqiqliyinin və asanlıqla məhv edildiyinin şahidi olmuşuq. 

İran PUA-larının Ermənistana verilməsi əzilmiş, döyülmüş, yarısı fərarilərdən ibarət olan erməni ordusunun döyüş potensialına ciddi təsir edə bilməz”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO