“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi üzərində iş başa çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, yaxın vaxtlarda layihə aidiyyəti orqanlarla razılaşdırılaraq Milli Məclisə və yuxarı instansiyalara təqdim olunacaq.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:38 / 19.07.2023
Uşaq hüquqları haqqında yeni Qanun HAZIRLANIB - RƏSMİ
Hazırda oxunan: Uşaq hüquqları haqqında yeni Qanun HAZIRLANIB - RƏSMİ
Hazırda oxunan: Uşaq hüquqları haqqında yeni Qanun HAZIRLANIB - RƏSMİ
146959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.