Almaniyanın “BioNTech” şirkəti vaksin istehsalı üzrə 13 firma ilə alyans yaradıb.
Bizim.Media “pravda.ru”-ya istinadən xəbər verir ki, bununla da “BioNTech” bu il 2 milyard doz vaksin istehsalı hədəfinə çatmaq istəyir.
Alyansın yaradılması ilə bağlı danışıqlar 2020-ci ilin oktyabrında, “BioNTech”-in amerikalı tərəfdaşı “Pfizer” ilə vaksinin hazırlandığını elan etməsindən bir neçə həftə əvvəl başlanıb.
MÖVZU İLƏ BAĞLI:
Avropa Komissiyasından vaksin sifarişi ilə bağlı mühüm açıqlama - “SƏHV ETMİŞİK”
“BioNTech”-in alyansdakı tərəfdaşları arasında Almaniyanın “Merck”, “Rentchler Biopharma”, “Evonik Industries”, “Dermapharm”, “Siegfried AG i Baxter Oncology”, Fransanın “Sanofi i Delpharm”, İsveçrənin “Novartis”, Avstriyanın “Polymun Scientific Immunbiologische Forschung GmbH” və Kanadanın “Acuitas Therapeutics” şirkətləri var.
Bu şirkətlər istehsal üzrə işlərin müəyyən bir hissəsini yerinə yetirəcək.
Həmin şirkətlər arasında “Pfizer”-in rəqibləri də yer alır.
“BioNTech” öz istehsalının həcmini də genişləndirir. Aprel ayında ildə 750 milyon doz vaksin istehsal edəcək yeni zavod istifadəyə veriləcək.
Xatırladaq ki, yeni növ koronavirusa (COVİD-19) qarşı dünyada ilk dəfə DNK əsaslı vaksin hazırlayan “BioNTech” şirkəti olub.
Bizim.Media