"Azərbaycan Kəlbəcərdən hücuma keçməklə ermənilərin diqqətini yayındırdı və Füzuli istiqamətindən Zəngilanı atəşə tutdu. Bu peşəkar manevrlərlə döyüşlərin, hücumların aktiv fazasını Qarabağın cənubuna yönəltdi".
Bizim.Media xəbər verir ki, "YouTube" kanallarının birində bu sözləri deyən Rusiyalı ictimai xadim, siyasətçi Maksim Şevçenko əlavə edib ki, Azərbaycanın bu ağıllı həmləsi ilə ermənilər pərən-pərən oldu və səpələnmiş, pərakəndə hal aldılar:
MÖVZU İLƏ BAĞLI:
Maksim Şevçenko: "Azərbaycanı itirən ermənilərə görə də üzgünəm"
"Bundan başqa Azərbaycanın hava məkanında hökmranlığı var idi. Müasir silahlar və PUA (pilotsuz uçuş aparatları) vasitəsilə ermənilərə şok yaşatdılar. Çünki Ermənistan tərəfi buna hazır deyildi".
"Onların hava hücumundan mühafizə sistemləri buna tab gətirə bilmədi", - deyə Maksim Şevçenko fikrini tamamlayıb.
Anar Rəhimov, Bizim.Media