Ermənistanın eks-prezidenti Robert Koçaryan və ailəsi üzvləri, o cümlədən gəlinləri Baş Prokurorluğun Qanunsuz Əldə Olunmuş Əmlakın Müsadirəsi İdarəsinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azdarar” portalı məlumat yayıb.
Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub.
Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 mln. dollar olan vəsait və 10 mlrd. dramlıq qiymətli kağızlardan gedir. R.Koçaryanın ölkədəki və xarici şirkətlərdəki payları da bura daxildir.
Xatırladaq ki, R.Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub.
Bizim.Media
- A-
- A
- A+
Region
13:26 / 18.07.2023
Koçaryan və bütün ailə üzləri prokurorluğa ÇAĞIRILDI
Hazırda oxunan: Koçaryan və bütün ailə üzləri prokurorluğa ÇAĞIRILDI
Hazırda oxunan: Koçaryan və bütün ailə üzləri prokurorluğa ÇAĞIRILDI
146807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.