“Qarabağın taleyinin müəyyənləşdiyini görən ermənilər isterikaya düşüblər” - Korotçenko 

“Qarabağın taleyinin müəyyənləşdiyini görən ermənilər isterikaya düşüblər” - Korotçenko 

Hazırda oxunan: “Qarabağın taleyinin müəyyənləşdiyini görən ermənilər isterikaya düşüblər” - Korotçenko 

146772

“Qarabağın gələcək taleyinin əvvəlcədən müəyyənləşdiyini görən ermənilər isterikaya düşüblər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iyulun 15-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında baş tutan görüşlə bağlı "moscow-baku.ru" saytına açıqlamasında deyib. 

"Ermənilər bütün beynəlxalq ictimaiyyətə tələblər, şərtlər, şikayət və ittihamlarla məktublar göndərirlər ki, guya onlar ermənilərin “qətlinə” göz yumur.

Burada məqsəd Azərbaycan və Ermənistan arasında sülhün qarşısını almaqdır, heç bir sənədə imza atmağa imkan verməməkdir. Revanş istəyənlər daim Ermənistanın baş nazirinə təzyiq göstərirlər”, - Korotçenko bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO