Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində keçirdikləri tədbirlər zamanı Zəyəm kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Bizim.Media-nın yerli bürosuna DİN-in Şəki Regional Qrupundan verilən məlumata əsasən, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Həmçinin, davam etdirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilib, onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
08:45 / 18.07.2023
Bələdiyyə sədrinin məsuliyytsizliyi sonda görün nə ilə nəticələndi? - FOTO
Hazırda oxunan: Bələdiyyə sədrinin məsuliyytsizliyi sonda görün nə ilə nəticələndi? - FOTO
Hazırda oxunan: Bələdiyyə sədrinin məsuliyytsizliyi sonda görün nə ilə nəticələndi? - FOTO
146743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.