Zaqatalalı gimnast beynəlxalq turnirin qalibi oldu - FOTO

Zaqatalalı gimnast beynəlxalq turnirin qalibi oldu - FOTO

Hazırda oxunan: Zaqatalalı gimnast beynəlxalq turnirin qalibi oldu - FOTO

146741

İtaliyanın paytaxtı Romada bədii gimnastika üzrə beynəlxalq yarışlarda ölkəmizin idmançıları da uğurla çıxış edib.  

Bizim.Media-nın yerli bürosu bildirir ki, onların sırasında  Zaqatala şəhər Zəfər Murtuzəliyev adına bir nömrəli tam orta məktəbin II sinif şagirdi Leyla Həsrətova da var. 

Leyla İtaliyanın paytaxtı Roma şəhərində keçirilən bədii gimnastika üzrə Beynəlxalq turnirdə 1 ci yerə layiq görülüb.

Şagirdlərinin belə mötəbər yarışda uğur qazanma sevincini Bizim.Media-nın yerli bürosu ilə bölüşən məktəbin direktoru Mehbarə Murtuzəliyeva bildirib ki, Leyla ilə yanaşı digər məktəblilər də yay istirahətlərini səmərəli keçirir. Onlar vaxtaşırı olaraq idmanla məşğul olur, yerli və beynəlxalq turnirlərə hazırlaşır. 

Məktəbin direktoru onu da əlavə edib ki, Leylanın qarşıdakı yarışlara səmərəli hazırlaşması üçün bütün imkanlardan istifadə ediləcək, ona lazımı şərait yaradılacaq. 

Qeyd edək ki, Leyla Həsrətova Zaqatala Uşaq Gənclər İdman Məktəbi nəzdində bədii gimnastika ilə bir neçə ildir məşğul olur və ölkə əhəmiyyətli turnirlərdə uğurlu nəticələr əldə edib. 




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO