İstanbulda həbs edilən gürcü

İstanbulda həbs edilən gürcü "qanuni oğru"nu azərbaycanlılarla nə bağlayır? - FOTO

Hazırda oxunan: İstanbulda həbs edilən gürcü "qanuni oğru"nu azərbaycanlılarla nə bağlayır? - FOTO

146693

İnterpol tərəfindən axtarışda olan "Kölgə" ləqəbli Quram Çixladze İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən Küçükçekmecedə keçirilən əməliyyat nəticəsində yaxalanıb.

Bizim.Media unikal-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Aydınlık" qəzeti məlumat yayıb. 

Çixladzenin Beşiktaşda silahlı basqın nəticəsində öldürülən azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin qardaşı Namiq Canıyevin rəhbərlik etdiyi "Canıyev cinayət dəstəsi" kimi tanınan qruplaşmanın rəhbərlərindən biri olduğu müəyyən edilib.
Gürcüstan əsili "qanuni oğru"nun Rusiyada bir çox qətl cinayətlərinin icraçısı olduğu üçün İnterpol vasitəsilə Rusiya səlahiyyətliləri tərəfindən həbs qərarı çıxarıldığı öyrənilib. Quram Çixladze polis bölməsindəki prosedurlardan sonra təhvil verildiyi məhkəmə orqanları tərəfindən həbs edilərək həbsxanaya göndərilib. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO