Şəhriyar Məmmədyarov erməni rəqibini məğlub etdi

Şəhriyar Məmmədyarov erməni rəqibini məğlub etdi

Hazırda oxunan: Şəhriyar Məmmədyarov erməni rəqibini məğlub etdi

14662

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində ilk görüşlərini keçirib.

Bizim.Media xəbər verir ki,  Məmmədyarov "Magnus Carlsen Invitational" adlanan yarışın I turunda Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya təmsilçisi Daniil Dubov olacaq.

Digər şahmatçımız Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. O, növbəti turda argentinalı Alan Piçota qarşı mübarizə aparacaq.

Qeyd edək ki, martın 21-dək davam edəcək yarışda 16 şahmatçı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO