“Sertifikasiyada 50 baldan az toplamış müəllimlərin də maaşları artırıla bilər” – Deputat 

“Sertifikasiyada 50 baldan az toplamış müəllimlərin də maaşları artırıla bilər” – Deputat 

Hazırda oxunan: “Sertifikasiyada 50 baldan az toplamış müəllimlərin də maaşları artırıla bilər” – Deputat 

146601

“Bizə edilən yüzlərlə müraciətlər təsdiq edir ki, sertifikasiya imtahan nəticələrinə uyğun əmək haqqı artım mexanizminin təkmilləşdirilməsi vacibdir. Təhsilverənin bilik və bacarıqlarının qiymətləndirməsi imtahan və müsahibə olmaqla iki mərhələdə həyata keçirildiyi üçün əmək haqqı artım faizlərinin də tam olaraq yekun nəticəyə əsasən müəyyənləşdirilməsinə ehtiyac var. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sertifikasiyanın birinci mərhələsi 2027-ci ildə YEKUNLAŞACAQ - NAZİR


Deputat qeyd edib ki, sertifikasiya qiymətləndirilməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” sənəd ilə tənzimlənir: 

“Bu qaydalara əsasən, sertifikasiyanın birinci mərhələsini keçmiş müəllim müsahibə mərhələsində 40 mümkün balın yarısını topladığı halda uğur qazanmış hesab olunur. Bu o deməkdir ki, sertifikasiya qiymətləndirməsində iştirak edən müəllimin yekunda maksimum 100.0 bal toplamaq imkanı var.

Bu baxımdan da, əmək haqqı artım faizlərinin məhz həmin 100 ballıq sistem üzrə aparılması vacibdir.

Bu halda 50 bal yığanların da 35 faizlik əmək haqqı artımından istifadə etmək imkanı ilə yanaşı 40 baldan çox nəticəsi olanların da əməyinin daha yüksək maaş artımları ilə qiymətləndirilməsi mümkün ola bilər. 

Qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinin vacibliyini və sualların çoxluğunu da nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən metodologiyanın qiymətləndirilməsi ilə bağlı ekspertlər ilə görüşün keçirilməsi və konstruktiv dialoq əsasında müzakirələrin aparılması məqsədəuyğundur. Bu metodologiyanın təkmilləşdirilməsi və differensial əmək haqqı artımları üçün yeni  imkan ola bilər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO