“Sumqayıt” “Lokomotiv”in hücumçusunu TRANSFER ETDİ 

“Sumqayıt” “Lokomotiv”in hücumçusunu TRANSFER ETDİ 

Hazırda oxunan: “Sumqayıt” “Lokomotiv”in hücumçusunu TRANSFER ETDİ 

146595

“Sumqayıt” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.  

Bizim.Media xəbər verir ki, komanda son mövsüm Bolqarıstanın “Lokomotiv Plovdiv” klubunda çıxış etmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.  

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv Plovdiv” klublarının şərəfini qoruyub.
24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO