Gəncədə bu yolayrıcı insanların həyatı üçün təhlükədir - VİDEO

Gəncədə bu yolayrıcı insanların həyatı üçün təhlükədir - VİDEO

Hazırda oxunan: Gəncədə bu yolayrıcı insanların həyatı üçün təhlükədir - VİDEO

146557

Gəncənin Dədə Qorqud və Fikrət Əmirov küçələrinin kəsişməsindəki yolayrıcı insanların həyatı üçün təhlükədir. Ətrafda yaşayan sakinlər  deyirlər ki, məhz burada tez-tez qəzalar baş verir.

Bizim.Media xəbər verir ki, səbəb isə yolayrıcında işıqforun olmamasıdır.

Sakinlər bildirirlər ki, yaxınlıqda xeyli sayda çoxmərtəbəli yaşayış binasının, iki orta məktəb və bir xəstəxananın olması hərəkətin intensivliyini artırır. Bu və bir sıra digər amillər isə öz növbəsində qəza riskini yüksəldir. Nəticədə qəza törədən maşınlardan başqa yol kənarındakı obyektlərə, dayanmış vəziyyətdə olan avtomobillərə də ziyan dəyir.

Artıq sözügedən ərazidə DYP əməkdaşları tərəfindən baxış və qiymətləndirmə işləri aparılıb.

Qeyd edək ki, Gəncənin bir sıra küçə prospektlərində aparılan abadlıq işləri çərçivəsində paralel olaraq yeni yol nizamlayıcıları da yerləşdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO