Hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsi səbəbindən rayonlardakı istirahət məkanlarında durğunluq yaşanır. Hazırda bir sıra rayonlarda hava şəraiti qeyri-sabit keçir və bu vəziyyət insanların istirahətinə, bölgələrə yollanmasına mənfi təsir göstərir.
Bizim.Media xəbər verir ki, yerli turistlər istədikləri kimi gəzə bilmədikləri üçün heç yerə getmirlər, daha doğrusu, gedə bilmirlər.
Məsələn, bu gün bazar günü olmasına baxmayaraq, istirahət məkanlarından birində durğunluq müşahidə edilib. Hazırda bölgələrdə yerlərin 50 faizi istifadəsiz qalıb.
Mövzu ilə bağlı turizm eksperti Rəhman Quliyev deyir ki, turist sayının azalması istirahət məkanlarında qiymətlərə də təsir edib. Hazırda qiymətlərdə 15-20% ucuzlaşma var.
Daha ətraflı videomaterialda:
Bizim.Media