“Paşinyan avtomobilin baqajına girərək aradan çıxıb” - Vardanyan

“Paşinyan avtomobilin baqajına girərək aradan çıxıb” - Vardanyan

Hazırda oxunan: “Paşinyan avtomobilin baqajına girərək aradan çıxıb” - Vardanyan

14640

Nikol Paşinyan xidməti avtomobilindən düşərək başqa maşına minib və ərazini tərk edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı “Daşnaktsutyun” partiyasının gənclər qanadının üzvü Gerasim Vardanyana istinadən yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Armen Sarkisyan Paşinyanla görüşəcək – Razılığa gələ bilmirlər


Partiya rəsmisi Ermənistan Xarici İşlər Nazirliyinin qarşısında keçirilən etiraz aksiyasında şok açıqlama verib:

“Bizə dedilər ki, Nikol Paşinyan xidməti maşınını tərk edərək mülki avtomobilin baqajında çanta və ya içində kartof olan kisə kimi aradan çıxıb. Belə məlumatlar əldə edilib. Aydın deyil ki, bu sürünən ərazidən neçə sürüşərək gedib”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan martın 13-də Xarici İşlər Nazirliyində olub.

“Vətənin xilası” hərəkatının üzvləri onun binaya daxil olmasının qarşısını almaq üçün qurumun qarşısına toplaşıblar. Ancaq Paşinyan gözə dəyməyib. Ətrafın xeyli polis tərəfindən mühafizə edildiyi deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO