Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində qeyd olunub.
Bildirilir ki, Ermənistandakı epidemioloji vəziyyətlə əlaqədar səfirliyin konsulluq şöbəsi fəaliyyətini iki həftəlik dayandırır.
Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da koronavirusa yoluxmuş şəxslə ünsiyyətdə olduğu üçün özünü iki həftəlik təcrid edib.
Qeyd edək ki, Ermənistanda son sutka ərzində 2 241 nəfər koronavirusa yoluxub, bununla da virus aşkar edilənlərin sayı 82 651 nəfərə çatıb.
Bizim.Media