Bu ilin birinci yarısında Bakı şəhər prokurorluq orqanları tərəfindən 122 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 83 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun cari ilin birinci yarısına həsr olunmuş müşavirəsində bildirilib.
Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 3 milyon 139 min 311 manat məbləğində maddi ziyanın 1 milyon 659 min 584 manatının və ya 52,9 faizinin ödənilməsi təmin olunub.
Qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:53 / 15.07.2023
6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə CƏLB OLUNDU
Hazırda oxunan: 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə CƏLB OLUNDU
Hazırda oxunan: 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə CƏLB OLUNDU
146397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.