“Neftçi”dən 400 min avroluq transfer

“Neftçi”dən 400 min avroluq transfer

Hazırda oxunan: “Neftçi”dən 400 min avroluq transfer

146380

2023/2024 mövsümünün hazırlığını davam etdirən "Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. 

Bizim.Media xəbər verir ki, "ağ-qaralar" baş məşqçi Adrian Mutunun istəyi ilə ÇFR-in müdafiəçisi Yuri Matiası rənglərinə bağlayıb. Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

"Neftçi"nin 28 yaşlı mərkəz müdafiəçisi üçün 400 min avro ödədiyi bildirilir.

Qeyd edək ki, ÇFR Yuri Matiası 2022-ci ilin fevral ayında "Qaz Metan"dan transfer edib. Braziliyalı futbolçu son mövsümdə komandanın heyətində meydana çıxdığı 51 rəsmi  matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Klubu ilə 1 illik müqaviləsi olan oyunçunun "Transfermakt" saytında dəyəri 1 milyon 800 min avrodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO