Türkiyəyə səfər prosedurunda yenilik - Bunu etməli olacaqsız - FOTO

Türkiyəyə səfər prosedurunda yenilik - Bunu etməli olacaqsız - FOTO

Hazırda oxunan: Türkiyəyə səfər prosedurunda yenilik - Bunu etməli olacaqsız - FOTO

14638

Türkiyəyə səfər edəcək şəxslər  “Türkiyəyə giriş anketi”ni dolduracaqlar.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bununla əlaqədar olaraq Türkiyənin Səhiyyə Nazirliyi  ölkəyə səfər edən şəxslərin tibbi məlumatlarının qeyd olunduğu anketi təkmilləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəyə yalnız yeni şəxsiyyət vəsiqəsi ilə gedə bilərik - DİN-dən açıqlama


Yeni prosedur martın 15-dən qüvvəyə minəcək. Qeyd olunur ki, xaricdən hava yolu nəqliyyatı ilə Türkiyəyə gələn şəxslər 72 saat içərisində “register.health.gov.tr” saytına daxil olaraq, təqdim edilmiş anketi doldurmalıdırlar.

Anket tamamlanandan sonra isə onun ya kağız daşıyıcıda, ya da mobil cihazlarda surətini özünüzlə götürmək məcburidir.

Sözügedən anketin sərnişinlər tərəfindən doldurulub-doldurulmadığı uçuşdan əvvəl aviaşirkət tərəfindən yoxlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO