Şəkidə ağır QƏZA – Yaralılar var

Şəkidə ağır QƏZA – Yaralılar var

Hazırda oxunan: Şəkidə ağır QƏZA – Yaralılar var

146368

İdarəetmədən çıxan minik avtomobili aşıb, üç nəfər xəsarət alıb. Onlardan biri azyaşlıdır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yol qəzası Şəki-Qax avtomobil yolunun Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayonun Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. 

Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.  Hadisə şahidlərinin köməyi ilə yaralılar maşından çıxarılıb. Hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları yaralılara ilkin yardım göstərəndən sonra onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
Həkimlər yaralıları müayinə və müalicəyə cəlb edib. Vəziyyətləri orta-ağır olaraq qalır.

Qəzanın səbəbləri araşdırılır. 

Tural Rasim Oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO