Goranboyda sürücü idarəetməni itirdi - 2 nəfər xəsarət aldı

Goranboyda sürücü idarəetməni itirdi - 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Goranboyda sürücü idarəetməni itirdi - 2 nəfər xəsarət aldı

146135

Goranboy xəsarətlə nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq maneəyə çırpılıb. Qəza nəticəsində, Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü T.Süleymanov və onun həmyaşıdı F.İnqilablı müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya çardırılıblar. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO