Hesablamalar Palatasında istefalar - Siyahıda Abel Məhərrəmovun qardaşı və Arif Alışanovun keçmiş həyat yoldaşı var

Hesablamalar Palatasında istefalar - Siyahıda Abel Məhərrəmovun qardaşı və Arif Alışanovun keçmiş həyat yoldaşı var

Hazırda oxunan: Hesablamalar Palatasında istefalar - Siyahıda Abel Məhərrəmovun qardaşı və Arif Alışanovun keçmiş həyat yoldaşı var

14613

Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb.

Bizim.Media-nın məlumata görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır.

Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Qeyd edək ki, Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO