Lalə Elza və anası ilə BARIŞIB? – FOTO 

Lalə Elza və anası ilə BARIŞIB? – FOTO 

Hazırda oxunan: Lalə Elza və anası ilə BARIŞIB? – FOTO 

145972

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Lalə Seyidcahan “Bizimləsən” ictimai-sosial verilişinə gələrək bacısı Əməkdar artist Elza Seyidcahanla səkkiz ilə yaxındır ki, küsülü olduğu və artıq Elzasızlığa öyrəşdiyini bildirib. Onun bu açıqlamasından sonra bacıların anası Seyidcahan Əhmədova proqrama zəng vuraraq Lalənin efirə çıxaraq Elza haqda səsləndirdiyi fikirləri sərt şəkildə tənqid edib. 

Bizim.Media xəbər verir ki, stilist Samiraldo (Samir Əliyev) Seyidcahanlılar ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib. 

Stilist restoranların birində Lalə, Elza və bacıların anası Seyidcahan Əhmədova ilə bir araya gələrək onlarla xatirə şəkil çəkdirib.

Sözügedən fotonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Samiraldo “Biz mehriban ailəyik” şərhini yazıb. Lakin Lalənin Elza və anası Seyidcahan Əhmədova ilə barışıb-barışmadığı sual altında qalıb. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO