Paşinyan Vatikanın dövlət katibi ilə GÖRÜŞDÜ 

Paşinyan Vatikanın dövlət katibi ilə GÖRÜŞDÜ 

Hazırda oxunan: Paşinyan Vatikanın dövlət katibi ilə GÖRÜŞDÜ 

145955

Ermənistan Baş naziri Nikol Paşinyan Vatikanın dövlət katibi Pietro Parolinlə görüşüb.

Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Paşinyan kardinalın Ermənistanla Vatikan arasında münasibətlərə yeni təkan verməyə hazır olmasını yüksək qiymətləndirib.

Həmsöhbətlər həm ikitərəfli, həm də regional məsələləri, o cümlədən Azərbaycanla bağlı məsələləri müzakirə ediblər. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında danışıqlar da müzakirə olunub.
Parolin Vatikanın regionda sülh və sabitliyin bərqərar olmasına, eləcə də humanitar məsələlərin həllinə yardım etməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO