Muxtar Babayev Söyüdlüdəki zavodun nöqsanlarını açıqladı

Muxtar Babayev Söyüdlüdəki zavodun nöqsanlarını açıqladı

Hazırda oxunan: Muxtar Babayev Söyüdlüdəki zavodun nöqsanlarını açıqladı

145884

Toksiki maddələr üçün çay məcrası yaxınlığında süni gölün yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb.

Bizim.Media xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, vahid monitorinq nəzarət sisteminin qurulması ilə bağlı vahid plan olmayıb, sionid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun aradan qaldırılması üçün vacib tədbirlər görülməyib.

"Göl ətrafında lazımi maneələr quraşdırılmayıb. Sanitar-mühafizə zonası müəyynələşdirməyib, hasar çəkilməyib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO