“Azərbaycan vətəndaşının qarşılaşa biləcəyi bütün xəstəliklər, patologiyalar İcbari Tibbi Sığorta paketinin xidmətlər zərfinə daxil edilməlidir. Əgər, vətəndaş sığorta haqqı ödəyirsə onda onun xəstəliklərlə bağlı bütün qayğıları təminat altına alınmalıdır, o cümlədən də onkoloji xəstəliklər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin son açıqlamasına münasibət bildirən deputatın sözlərinə görə, icbari tibbi sığorta islahatları yeni başladığına görə bütün xəstəliklər xidmətlər zərfinə salınmayıb:
“Dünya praktikasında da belədir ki, xəstəliklər zaman-zaman xidmətlər zərfinə daxil edilir. Təbii ki, Azərbaycan bunu illərlə gözləmək fikrində deyil. Qısa müddət ərzində bütün xəstəliklərin, o cümlədən də onkoloji xəstəliklərin müalicəsi xidmətlər zərfinə daxil ediləcək. Təbii ki, bunun üçün ilk növbədə fondda lazımı vəsait formalaşmalıdır. Biz artıq fondun vəsaitlərinin artım tempini görürük. Bu artımda şəffaflıq və əlçatanlıq olduğu üçün ölkə başçısının bu sahədə qarşıya qoyduğu strateji məqsədə hökmən çatacağıq”.
Millət vəkili onu da qeyd edib ki, onkoloji xəstəliklər də icbari tibbi sığorta paketinə hökmən daxil edilməlidir:
“Sadəcə, İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sonuncu dəfə bildirmişdi ki, bunun üçün 200 milyon manatdan çox vəsait lazımdır. Lakin onun bir neçə gün əvvəl verdiyi açıqlaması belə bir inam yaradır ki, kifayət qədər maliyyə imkanları formalaşıb. Və yaxın zamanlarda bu layihəni də gerçəkləşdirə bilərik. Alqışlayırıq. Səhiyyə Komitəsinin digər üzvləri kimi mən də bu prosesə dəstək verməyə hazıram. Təki, insanlarımız dövlətimizin yaratdığı bütün imkanlardan yararlansın”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
COP29
12:50 / 12.07.2023
“Onkoloji xəstəliklər İcbari Tibbi Sığorta paketinə DAXİL EDİLƏCƏK” – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: “Onkoloji xəstəliklər İcbari Tibbi Sığorta paketinə DAXİL EDİLƏCƏK” – Deputatdan AÇIQLAMA
Hazırda oxunan: “Onkoloji xəstəliklər İcbari Tibbi Sığorta paketinə DAXİL EDİLƏCƏK” – Deputatdan AÇIQLAMA
145815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.