Rusiya Kiyevə İran dronları ilə hücum etdi

Rusiya Kiyevə İran dronları ilə hücum etdi

Hazırda oxunan: Rusiya Kiyevə İran dronları ilə hücum etdi

145792

Rusiya Silahlı Qüvvələri iyulun 12-nə keçən gecə “Şahed” kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə növbəti hava hücumu həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, gecə saatlarında Kiyevdə hava həyacanı siqnalı çalınıb və sonra da partlayış səsləri eşidilib.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri paytaxt ərazisində Rusiyanın bütün hədəflərini məhv edib.

“İlkin məlumata görə, Rusiya bu dəfə, yenidən “Shahed” tipli kamikadze dronlarından istifadə edib. Bir həftədən çox fasilədən sonra düşmən ikinci gündür ki, Kiyevdə İranın PUA-larını havaya qaldırıb. Hava hücumu 2 saatdan çox davam edib”, - deyə məlumatda qeyd edilib.
Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO