Şəkidə 280 ailə qazsız QALIB – FOTO  

Şəkidə 280 ailə qazsız QALIB – FOTO  

Hazırda oxunan: Şəkidə 280 ailə qazsız QALIB – FOTO  

145787

Şəkinin Şin kəndində 280 ailənin yaşadığı ucqar yaşayış məntəqəsinin ətrafındakı kəndlərə qaz xətti çəkilsə də, onlar nədənsə unudulub. 

Bizim.Media-nın yerli bürosu sakinlərə istinadən bildirir ki, kənd sakinləri bu səbəbdən həyətlərindəki meyvə ağaclarını kəsmək məcburiyyətində qalır. 

Sakinlərin sözlərinə görə, kəndin girişinə kimi magistral qaz xətti çəkilib. Daha sonra qonşu Baş Laysqı və Baş Gönük kəndlərinə xətt çəkilərək hər iki kənd sakinləri mavi yanacaqla təmin olunub. Lakin nədənsə uzun illərdir Şin kəndinə qaz çəkilmir.
Bu səbəbdən sakinlər ilboyu odun işlətmək məcburiyyətindədir. Bu isə onlara ildə 600-800 manata başa gəlir. Maddi durumu zəif, aşağı olan sakinlər isə həyətyanı sahələrində olan meyvə ağaclarını qırıb yandırırlar. Sakinlərin haqlı narazılığı ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Şəki şəhərinin yeni yaşayış massivi və Şin kəndinə qaz çəkilişi bu ilin layihəsinə salınıb. İşlərin nə zaman başlanacağı isə maliyyə vəsaitinin ayrılmasından sonra bəlli olacaq. Ümumilikdə isə Şəkinin 92 faizindən çox hissəsində qazlaşma həyata keçirilib. 

Tural Rasim oğlu, Bizizm.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO