Qazaxda 400 kiloqramdan artıq çətənə bitkisi AŞKARLANDI

Qazaxda 400 kiloqramdan artıq çətənə bitkisi AŞKARLANDI

Hazırda oxunan: Qazaxda 400 kiloqramdan artıq çətənə bitkisi AŞKARLANDI

145745

Qazax rayonu ərazisində 400 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib.

Bu barədə Bizim.Media-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaşxaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Daş Salahlı kəndi ərazisindən keçən Qazax-Sınıq Körpü avtomobil yolunun kənarında yabanı halda bitmiş 700 ədəd, ümumi yaş çəkisi 400 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO