Madonna Avropa turnesinə hazırlaşır - FOTO

Madonna Avropa turnesinə hazırlaşır - FOTO

Hazırda oxunan: Madonna Avropa turnesinə hazırlaşır - FOTO

145665

Dünyaca məşhur amerikalı müğənni Madonna dünya turnesinin ABŞ mərhələsini başqa vaxta keçirərək, qastrollara payız konsertləri ilə Avropadan başlamağı planlaşdırır.

Bizim.Media TASS-a istinadla xəbər verir ki, xeyli müddət bakterial infeksiya səbəbindən xəstə olduğunu vurğulayan Madonna, xəstəliyinin işlərini xeyli gecikdirdiyini, lakin indi sağaldığını bildirib.

Müğənni konsertlərinə bilet alanları məyus etmək istəmədiyini qeyd edərək, dəstəyə görə bütün pərəstişkarlarına təşəkkür edib.

“Hazırkı planda turnenin Şimali Amerika mərhələsinin vaxtını dəyişərək, konsert səfərlərinə Avropadan başlamaq durur. Dünya turnesi çərçivəsində ilk Avropa konsertimizin oktyabrın 14-də Londonda keçirilməsi planlaşdırılır”, - deyə Madonna jurnalistlərə açıqlamasında bildirib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO