İsmayıllıda dəhşətli QƏZA: Ölən və yaralılar VAR - FOTO

İsmayıllıda dəhşətli QƏZA: Ölən və yaralılar VAR - FOTO

Hazırda oxunan: İsmayıllıda dəhşətli QƏZA: Ölən və yaralılar VAR - FOTO

145595

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə bu gün saat 8:00 radələrində İsmayıllı-Ruşan yolunda qeydə alınıb. 

31-BB-410 dövlət nömrə nişanlı "VAZ 2103" markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. 

Hadisə zamanı rayonun Kürdmaşı kənd sakinləri, 1987-ci il təvəllüdlü Babayev Samir Yusif oğlu dünyasını dəyişib, 1982-ci il təvəllüdlü Ağayev Variz Cahid oğlu və 1987-ci il təvəllüdlü Həsənov Tərlan İmran oğlu xəsarət alıb. 
Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır. 




Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO