Litva prezidentindən xoş xəbər: Ukrayna üçün NATO qapıları açılır

Litva prezidentindən xoş xəbər: Ukrayna üçün NATO qapıları açılır

Hazırda oxunan: Litva prezidentindən xoş xəbər: Ukrayna üçün NATO qapıları açılır

145532

Alyans dövlətləri Ukraynanın NATO-ya üzvlüyü yolunda Üzvlük Fəaliyyət Planının tətbiq olunmayacağı tələbi ilə razılaşıb və planın ləğv edilməsinə qərar verib.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Litva prezidenti Gitanas Nauseda Alyansın Vilnüsdə keçirilən sammiti ərəfəsində mətbuat konfransında bildirib.

"Xüsusi olaraq Ukrayna üçün Üzvlük Fəaliyyət Planı geri götürüləcək, bu, irəliyə doğru çox müsbət addımdır. Bu, Ukraynanın NATO-ya gedən yolunu asanlaşdıracaq", - deyə Litva prezidenti bildirib.

Nauseda Ukraynanın NATO-ya üzvlüyünün mümkünlüyü üçün daha çox dəstəyin verilməsinin vacibliyini vurğulayıb.

"Bu baxımdan biz daha çox şifahi vədlərin verildiyi Buxarest sammitinin dilindən kənara çıxmalıyıq. Ukraynanın bu gün çox konkret siqnallara ehtiyacı var. Şərtlər imkan verdikdə biz artıq nəinki kağız üzərində, reallıqda bu ölkənin NATO-ya daxil olmasına çalışmalıyıq", - deyə Litva lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO