"HammAli & Navai" Natavan Həbibi ilə görüşdülər - VİDEO

Hazırda oxunan: "HammAli & Navai" Natavan Həbibi ilə görüşdülər - VİDEO

145409

Xəbər verdiyimiz kimi, "HammAli & Navai" ləqəbləri ilə Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənnilər Aleksandr Əliyev və Navai Bəkirovun "Sea Breeze" ailəvi-istirahət mərkəzində keçirilən canlı konsertləri baş tutub.

Bizim.Media xəbər verir ki, musiqili gecədə iştirak edən müğənni Natavan Həbibi konsert bitəndən sonra kulisdə Aleksandr və Nəvai ilə görüşüb.

Bəkirovun Həbibiyə etirafı ilə diqqət çəkib. Belə ki, o, "Natavan xanım, mən sizin çox böyük pərəstişkarınızam" deyə xanım həmkarının əlini sıxıb.

Natavan isə Nəvaiyə qarşılıq verərək "Biz sizi çox sevirik" sözlərini dilə gətirib.

Daha sonra Həbibi Bəkirovu oğlu Zeydlə də tanış edib. Onlar birlikdə xatirə fotolar çəkdiriblər. Həmin anları isə Natavan Həbibi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO