Anna Qriqoryan Rusiya Federasiyasının Altay Respublikasının Səhiyyə naziri vəzifəsini icra edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “gorno-altaisk.info” saytı respublika başçısının mətbuat katibi Mixail Maksimova istinadən yayıb.
Mənbə bildirir ki, Anna Qriqoryan nazirliyin yeni rəhbərinin təyinatına qədər nazir vəzifəsini icra edəcək.
MÖVZU İLƏ BAĞLI:
Erməni qızı atasını buna görə öldürdü - Ağılasığmaz cinayətin izləri
Xatırladaq ki, Qriqoryan 2020-ci ilin iyun ayından Altay Respublikası Səhiyyə nazirinin müavini vəzifəsində çalışıb.
O, 1974-cü ildə Ermənistanda dünyaya gəlib. Gənc ikən bir çox qohumunu itirdiyi Spitak zəlzələsindən xilas olub. O zaman həkim olmağa qərar verib.
Zəlzələdən sonra Qorno Altayskda yaşayıb, yerli tibb məktəbini, sonra isə Altay Dövlət Tibb Universitetini bitirib. 2005-ci ildən Respublika Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışıb.
Qeyd edək ki, Altay Respublikasının səhiyyə naziri Sergey Kovalenko bir sıra korrupsiya cinayətləri törətməkdə ittiham olunur.
Martın 11-də məhkəmə onu iki ay müddətinə həbs edib.
Bizim.Media