İyulun 11-12-də cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

İyulun 11-12-də cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

Hazırda oxunan: İyulun 11-12-də cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək

145298

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 11-12-də 23 yaşadək cüdoçular arasında Azərbaycan çempionatı təşkil olunacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək çempionatda 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 57 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 259 idmançı medallar uğrunda mübarizə aparacaq.

Çempionatın əsas məqsədi cəmiyyətdə sağlam həyat tərzinin formalaşması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO