Kim Kardaşyan dolu ilə qarı səhv saldı – Gülüş hədəfi oldu – FOTOLAR

Kim Kardaşyan dolu ilə qarı səhv saldı – Gülüş hədəfi oldu – FOTOLAR

Hazırda oxunan: Kim Kardaşyan dolu ilə qarı səhv saldı – Gülüş hədəfi oldu – FOTOLAR

14515

Televiziya ulduzu və iş adamı, erməni əsilli Kim Kardaşyan dolu ilə qarı səhv salıb və sosial şəbəkədə gülüş obyektinə çevrilib.

Bizim.Media xəbər verir ki, bu haqda fotonu o, Instagram səhifəsinin hekayələr bölümündə paylaşıb.

40 yaşlı məşhur abunəçilərinə qar göstərmək üçün Kaliforniyanın Kalabasas şəhərindəki evinin həyətini lentə alıb, çünki bu bölgədə belə hava nadir hallarda olur. 

"Bu, sadəcə inanılmazdır, basketbol meydançam qarla örtülüb və dümağ olub", deyə o yazıb.

Abunəçiləri isə televiziya ulduzuna Kalabasasa əslində dolu yağdığını və ulduzun əlində buz parçaları tutduğunu yazıblar.

Kardaşyan onların çoxsaylı şərhlərinə reaksiya verərək səhvini başa düşdüyünü deyib:

“Mən meteoroloq deyiləm, 30 işim var, heç vaxt meteoroloq olduğumu deməmişəm. Mart ayında Kalabasasda dolu varsa, mən buna “qar” deyirəm”.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO