Albaniyada Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək

Albaniyada Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək

Hazırda oxunan: Albaniyada Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək

145100

 “Albaniya və Azərbaycan arasında əməkdaşlığın hazırkı çox yaxşı tempi gələcəkdə də saxlanılacaq. Albaniyada tezliklə Azərbaycan mədəniyyət həftəsi təşkil ediləcək. Əminəm ki, bu ay Albaniyanın şəhərlərinin dünyanın hər yerindən gələn turistlərlə dolu olan bir vaxtda Azərbaycan mədəniyyət həftəsi bayram ab-havasında keçəcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Albaniya Prezidenti Azərbaycana rəsmi səfərə GƏLDİ


Ölkələrimizin turizm sahəsini prioritet və iqtisadiyyatın çox vacib sektoru hesab etdiyini diqqətə çatdıran Albaniya Prezidenti deyib ki, əməkdaşlığın inkişafı və turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır: 

“Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir və o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO